İliya Topuriya növbəti dəfə UFC çempionu oldu

İliya Topuriya növbəti dəfə UFC çempionu oldu
Gürcüəsilli ispaniyalı döyüşçü İliya Topuriya UFC 317 turnirinin əsas döyüşündə braziliyalı Çarlz Oliveyra üzərində qələbə qazanıb.
 Oxu.Az sportbox.ru-ya istinadən xəbər verir ki, yüngül çəkidə keçirilmiş titul döyüşü Las-Veqasda baş tutub.
 Topuriya ilk raundda nokautla qalib gəlib.
 Topuriyanın hesabında indi MMA-da 17 qələbə var. O, 2023-cü ildə ikinci orta çəkidə dünya çempionu olmuşdu.