Şərəflə bitən ömür
04-iyl, 17:27 108 Gündəm / Cəmiyyət / Sosial
17 iyun isti yay günlərindən birində Abşeron rayonu Saray qəsəbəsində Zalovlar Ailəsində bir oğlan uşağı dünyaya göz açdı. Həm də ailənin yeganə oğul övladı...
Bu oğlun adını Vidadi qoydular. Bəli, Vidadi də hamı kimi uşaqlıq həyatını yaşadı bu həyatın keçməkeşində dünyaya uşaqlıq həyatının könül pəncərəsindən baxaraq dünyanı rənglərin gözüylə görən balaca Vidadi bir zaman aydın səmaya baxarkən Türk dünyasının rəmzi rəngini yaşıllıqlar görərkən islam dünyası rəmzini qırmızıya baxarkən Azadlıq adında dəyərlər rəngi olduğunu bilməsə də bu baxışlarda böyük bir dünyanı canlandıran kiçik oğlanın göz yaddaşında qalan həmin rənglər gələcəkdə Azərbaycan adlı ulu məmləkətin bütövlüyü uğrunda öz canından keçən Vidadi adlı qəhraman oğul usaq ikən gördüyü rəngləri Müstəqil Azərbaycan bayrağını hələ məktəbdə oxuyarkən sinif otağında əlində tutaraq etdiyi kiçik nümayiş böyük izdihamla 44 günlük Vətən müharibəsində uşaq ikən balaca əllərində tutduğu kimi yox sinəsində ruhunda ürəyində yaşadığı Abşeron rayonun Saray qəsəbəsinə şərəf hədiyyəsi gətirdi. Və son hədiyyəni gətirdi, Azadlıq hədiyyəsini gətirdi. Bir əbədiyyət cəngisi...!
Qəsri qala əzəmətli böyük izdihamlı Azərbaycan bayrağını doğulub boya-başa çatdığı Saray qəsəbəsinə öz valideyinləri ilə bərabər bütün Azərbaycan xalqına zəfər adını gətirdi! Elə bir zəfərki tək valideyinlərinə deyil həm də bütöv vahid bir Azərbaycan xalqına gətirdi...! 11 Aprel 2023-cü ildə Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan ordusunun Laçın rayon istiqamətində yerləşən üzbəüz mövqelərini atəşə tutarkən və baş verən qarşı durma nəticəsində Vidadi Zalov döyüş tapşırığının yerinə yetirilməsi zamanı Şəhid olub Şəhadətə ucaldı.
Zalovlar ailəsinin yeganə oğul övladı Vidadi tək bir Ailənin övladı olsa da artıq milyonlarla Azərbaycanlının övladı olaraq xalqımızın qəlbində ürəyində yer tutaraq əbədi bir məşəl işığına çevrildi. Zalovlar Ailəsinin qürurlu dərdi milyonlara Azərbaycanlının şərəf təntənəsidir bütün Şəhid olub şəhadətə ucalan igid qəhraman oğullarımız kimi qəlbimizin əziz güşəsində həmişə yaşayacaq...!
Noyabr ayının 3-ündən 4-nə keçən gecə Zalovlar Ailəsində heç zaman yaşanmayan bir narahatlıq nigarançılıq sanki bir təşviş yarandı illərcə biri-birinə həmdəm olan Vidadi qardaşımızın valideyinləri bu təşvişdən ürəkdən narahat olaraq sanki bir xəbər gozləyirlərmis kimi nigaran baxışlarla bir-birlərin müşayət etdilər. Sanki həmin vaxt Zalovlar ailəsinin yaşadığı piranə və müqəddəs bir evin üzərindən bir topa qara bulud keçərkən bu xəbəri Vidadi qardaşımızın Şəhid olub şəhadətə ucalma xəbərini buludlardan düşən bir neçə yağış damcısı belə evin üzərinə düşərək buz parçasına döndülər. Həmin yağış damlaları birləşərək şəhidimizin şəhadət adının ucalığa gedən yolunun ucalığından başladı. Bəli bu evdə yaşamışdı böyük Arzularla beləcədə bu evden yola salındı ürəyindəki donmuş gençlik arzuları ilə!!!
Vidadi adının mənası sonsuz, daimi, əbədi olduğu kimi şəhadətə ucalışıda bu əbədiyyəti qəlbimizdə hər zaman yaşayacaqdır. Nizami adlı ziyalı atanın Nizamla düzənləndiyi Zalovlar ailəsi, Ədilə xanım kimi əqli kamil Azərbaycan qadınına xas olan nümunəvi Ana obrazının dəyərləri tərbiyəsi, vətən sevgisi böyüdüb basa çatdırdıqları Vidadi adlı oğlun bu tərbiyədən qaynaqlanaraq Azərbaycan adlı ulu məmləkətin azadlığı uğrunda canını qurban vermesi Vətənə olan sevgini bariz nümunəsidir!
Nail Amin
"Qızıl Qələm" mükafatçısı




