"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyinin "Əlillərin protezlərdən, əsa və korsetlərdən düzgün istifadə etməsi üçün maarifləndirilməsi" layihəsinin açılış mərasimi olub
14-okt, 21:38 179 Gündəm / Cəmiyyət / Bölgə / SosialQeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyinin "Əlillərin protezlərdən , əsa və korsetlərdən düzgün istifadə etməsi üçün maarifləndirilməsi " layihəsinin açılış mərasimi olub. İlk görüş Tərtər rayonunda Gənclər mərkəzində keçirilib. Tədbirdə Birliyin sədri Yasəmən xanım Qəyyumlu, idarə heyəti, Tərtər rayon icra hakimiyyətinin məsul işçiləri İctimai - siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Quliyeva,
Şəhid ailələri və Vətən müharibəsi əlilləri ilə işin təşkil şöbəsinin müdiri Ülvü Nəcəfov, təlimçi həkim Nağıyev Bəkir, protezlərdən, əsa və korsetlərdən istifadə edən Vətən müharibəsinin əlilləri , "Ədalət yolu " qəzetinin baş redaktoru Lalə xanım Həşimova iştirak ediblər. Protezlərdən , əsa və korsetlərdən istifadə zamanı əziyyət çəkən əlilləri dinləyən Bəkir həkim onlara müvafiq göstərişlər verib və istifadə qaydalarını izah edib.
Bundan əlavə Birlik sədri Yasəmən xanım Qəyyumlu, şəhid ailələri və Vətən müharibəsi əlilləri ilə işin təşkili şöbəsinin müdiri Ülvü müəllim, "Ədalət yolu" qəzetinin baş redaktoru Lalə xanım onların əməyini , müharibə zamanı döyüş meydanında göstərdikləri igidliyi xüsusi vurğulayıb və onlara daha dözümlü, qətiyyətli olmağı tövsiyyə ediblər .
Hər bir əlilə tədbirlə bağlı və layihəyə uyğun olaraq mövcud problemlərini qeyd etmək üçün
dəftər və qələmlər paylanılıb.
Tədbir sonrası əlillərə və qonaqlara çay süfrəsi təşkil olunub.
Fərid Səfərov,
Mətbuat katibi