Bakı şəhəri Ümumi Şəhər Qəbristanlığında abadlıq işləri geniş vüsət alıb


Ümumi Şəhər Qəbristanlığının rəhbəri Musa Mirzəzadənin təşəbbüsü ilə qəbrstanlıqda abadlıq işləri aparılmış, ağaclar budanmış və məzarlığın hər bir sektorda təmizlik işləri aparılmışdır.

Ümumi Şəhər Qəbristanlığında rəhbəri Musa Mirzəzadə tərəfindən ərazidə mütəmadi olaraq abadlıq işləri həyata keçirilir.

Musa müəllim vətəndaşların müraciətlərini nəzərə alaraq, qəbristanlıqdakı ara yolların təmizlənməsi və buraya gələn vətənaşların rahatlığı üçün oturacaqların yaradılması bir növ vətəndaş xidmətinin əsl nümunəsidir. Hazırda məzarlıqda olan hər kəs qəbirstanlıqda dəfn olunan qohumlarını ziyarət edərkən heç bir çətinlik çəkmir, həm də səliqə-səhmandan razılıq edirlər. Onu da əlavə edək ki, Musa müəllim qısa zamanda burda işləməsinə baxmayaraq əsl işinin peşəkarı kimi yüksək səviyyədə vətəndaşlara xidmət edir.

Bizdə redaksiyamız adından Musa Mirzəzadəyə vətənaşlara göstərdiyi xidmətinə görə minnətdarlıq bildiririk.


Mehman Xıdıroğlu

“Ölkə Yenilikləri”nin məsul katibi