"Qanun və İcra” verlişi tanınmış hüquqşünas Əkbər Yusifoğlunun təqdimatında - FOTO\VİDEO

"Qaun” verlişi hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdirilir.  
29.10.2022-ci il tarixində efirə gedən "Qanun və İcra” verlişində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308 və 313-cü maddələrini əhatə edən “Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər” mövzusu ilə bağlı fikir mübadiləsi, məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparıldı. 
Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlandı, sonda isə verlişə ünvanlanmış suallar cavablandırıldı. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişdik: 
  
1. Cəlil Mahmudov- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil

  
2. Qeys Musayev- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil                         

  
3. Səyyad Əsgərov - Jurnalist         
 
 
4.  Haldun Hüseynov- Turizm məsələləri üzrə ekspert.
 
Verlişin informasiya dəstəyi   “XeberTıme.az”, “UluSəs.az”, “Gündəlikxəbər.org”, “ZəfərYolu.az”, “XezerTv.info” və “dünyatv.az” sayıtlarına məxsusdur.
Sizlərə sayıtımız vasitəsi ilə verlişin tam videosunu təqdim edirik. 

Fərid Faiqoğlu (Səfərov)
AJB-nin üzvü