AVMVİB Nəsimi rayon şöbəsi yeni qərargahda fəaliyyətini davam etdirəcək
03-noy, 20:15 310 Gündəm / Cəmiyyət / Sosial
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsi Nəsimi İcra Hakimiyyətinin müharibə veteranlara «diqqət və qayğısı» sayəsində qərargahları olmadığından yer icarə edərək təmir edib. Bu gün həmin qərargahda aparılmış təmirdən sonra açılış mərasimi keçirilib.Mərasimdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevin rəhbərliyi ilə sədrin müaviləri Vahid Abdurəhmanov, İslam Səfərov, Salman Musayev, nəzarət -təftiş komissiyasının sədri Niyazi Quliyev, AVMVİB-nin fəxri üzvləri və şöbə sədrləri iştirak edərək AVMVİB Nəsimi rayon şöbəsinə yeni ünvandakı fəaliyyətlərinə uğurlar arzulayıblar.


İştirakçılar Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsi üzvlərinə və şöbənin sədri Elmar Hüseynova öz ürək sözlərini çatdırıblar.
Fədai.az da yeni məkanda yeni-yeni uğurlar qazanılmasını və bundan sonra da Vətənimiz naminə öz fədakar fəaliyyətlərini davam etdirməsini arzulayır. Düşərli və xeyirli olsun!


Elnur Səlim











