Böyük Qələbənin memarı
07-noy, 12:06 172 Gündəm / CəmiyyətAzərbaycan Ordusu 44 günlük Vətən müharibəsi ilə müqəddəs missiyasını zəfərlə taclandırdı. Öz ata-baba ocaqlarından ayrı düşən minlərlə həmyerlimizin alışıb-yandığı torpaq həsrətinə 2020-ci il sentyabrın 27-də başlayan “Dəmir yumruq” əməliyyatı ilə son qoyuldu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarix yazan oğullarımız sayəsində 30 ilə yaxın həsrətində olduğumuz torpaqlar işğaldan təmizləndi, 44 günə ədalət bərpa edildi. İgid oğullarımız canı və qanı ilə tarix yazdılar. 10 noyabr - düşmənin kapitulyasiya aktına qol çəkməsi - Azərbaycan xalqı üçün Böyük Qələbə günü olaraq tarixləşdi. Azərbaycan xalqı, Azərbaycan əsgəri 44 günlük müharibədəki fədakarlığı ilə dünyaya - Vətənə sədaqət dərsi keçdi. Haqq savaşımızda bütün dünya xalq-ordu-Ali Baş Komandan birliyinin də bariz nümunəsinin şahidi oldu. Dostlarımız Qələbəmizə sevindi, düşmənimizə və bizi gözü götürməyən qüvvələrə bir daha mesaj oldu ki - Qarabağ Azərbaycandır! Döyüş itkisiz olmur, təbii ki, bu döyüşlərdə igid oğullar itirsək də bilirik ki, bu gün şəhidlərimizin ruhları rahatdır, çünki qisas alınıb, torpaqlarımız azaddır.
Düşmənə qarşı ağır döyüşlərdə iştirak edərək tarix yazan oğullarımız haqqında nə qədər danışsaq azdır. Həmin döyüşlərin canlı şahidi olan hər bir kəslə söhbətimiz yaddaqalandır. Çünki onların hər biri bu tarixin bir parçasıdır. Böyük Zəfərdən sonra 44 günlük Vətən müharibəsində iştirak edən hərbçilərimizlə tanış olur, onları siz oxucularımıza da tanıtmağı özümüzə borc bilirik. Vətən müharibəsində düşmənin başına od ələyən hərbi hissələrdən birində polkovnik-leytenant Yusifov Rüfətlə tanış olduq. Söhbət əsnasında öyrəndik ki, təcrübəli zabit Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamları ilə Xocavəndin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib. “Ali Baş Komandanımızın tarixi qərarı ilə Azərbaycan əsgəri tarixi ədaləti bərpa etdi. Uzun illərdir dünyanın aparıcı qurumlarının və beynəlxalq təşkilatların edə bilmədiyini Azərbaycan əsgəri 44 günə etdi - Böyük Zəfər tarixini yazmış oldu. Vətən savaşı xalqımızın haqq savaşı idi və bu savaş gözlənilən idi.
Düşmənin danışıqları mənasız yerə uzatması, cəbhə zonasında təxribatlara əl atması bu döyüşü labüdləşdirirdi. Hər bir azərbaycanlı bu günü səbirsizliklə gözləyirdi, haqq savaşının iştirakçısı olmaq isə hər kəsin arzusu idi. Şəxsi heyətimiz döyüşlərin ilk günündən düşmənin layiq olduğu cavabı verənlər sırasında idi. Hərbi hissəmizin şəxsi heyəti döyüş meydanında qazandığı uğurlara görə Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən müxtəlif orden və medallarla təltif olunub, komandanlıq tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıb. Bir hərbçi üçün bundan böyük stimul və motivasiya ola bilməz. Etimad və inam döyüşçünün ruhuna müsbət təsir edən amillərdəndir. Döyüşlər vaxtı ölkə Prezidenti, xalqımız ordusuna olan sonsuz inamını hiss etdirdi və Azərbaycan əsgəri də onlara olan inamı layiqincə doğrultdu. Əbəs yerə deyilmir - Azərbaycan əsgəri xalqın ümid yeri, Azərbaycan xalqı əsgərin ilham mənbəyidir. Xalqın və Ali Baş Komandanın dəstəyindən güc alan ordumuz düşmənin qüvvələrini darmadağın edərək irəliləyir, daha böyük ruh yüksəkliyi ilə döyüşürdü. İşğalda olan tarixi torpaqlarımızın azad edilməsi ilə orada dalğalanan şanlı üçrəngli bayrağımızı gördükcə hər birimizin ruhuna sığal çəkilirdi. Haqq döyüşümüz təkcə mənfur düşmənə deyil, bütün dünyaya Azərbaycan Ordusunun gücünü göstərdi”.
Vətən savaşı xalqımızın haqq savaşı oldu. Artıq şəhidlərimizin ruhu rahatdır, qisas alınıb. Şəhidlər başımızın tacıdır, öz qanları ilə tarix yazan oğullar bu xalqın sonsuz ehtiramını qazanıblar. Xalqımız bu gün əmin olsun ki, Vətənimiz etibarlı əllərdədir. Azərbaycan əsgəri bundan sonra da müqəddəs amala xidmət edərək, Vətənə övladlıq borcunu layiqincə ödəyəcək. İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinin şanlı və şərəfli səhifəsi olaraq yadda qalacaq. Şəhidlərimizin ruhları daim ehtiramla xatırlanacaq, gələcək nəsil ata-babalarının ruhuna sadiq qalaraq vətənpərvərlik ənənələrini daim yaşadacaq.
Deyə bilərik ki, bu dəfə Azərbaycanın qarşısında daha təşkilatlanmış və dünyadakı ayrı-ayrı güc mərkəzləri tərəfindən daha əmin-arxayın edilmiş məkrli düşmən dayanmışdı. Elə bir düşmən ki, dünyanın ən böyük təşkilatı olan BMT-nin belə qətnamələrinə məhəl qoymur, hətta yeni ərazilər uğrunda yeni müharibə iddiaları səsləndirirdi. Keçmiş Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ATƏT-in Minsk qrupu formalaşdırılmışdı. Yenə də heyrət doğuran reallıqdır ki, ABŞ, Fransa və Rusiya kimi supergüc dövlətlərin həmsədrliyi ilə fəaliyyət göstərən bu qurum ona həvalə olunan missiyanı yerinə yetirə bilmədi və yaxud bunu istəmədi.
Bu kimi faktlar Azərbaycan Prezidentinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Ordumuzun qarşısında necə çətin bir vəzifənin dayandığı barədə konkret təsəvvür yaradır. Lakin Müzəffər Lider İlham Əliyev ayrı-ayrı azərbaycanafob mərkəzlərdə qurulan planları dağıtmağı, alt-üst etməyi bacardı. 44 günlük müharibədə qazanılan böyük Qələbənin memarı İlham Əliyevdir. O, hələ müharibədən əvvəl qətiyyətlə bildirirdi ki, istənilən vasitə ilə torpaqlarımızın işğaldan azad edilməsinə nail olacaq. Prezident İlham Əliyev eyni vaxtda həm diplomatik səyləri gücləndirir, həm də müharibə hazırlıqlarını davam etdirirdi. Zaman bir daha təsdiqlədi ki, Prezident İlham Əliyev apardığı siyasətdə milli maraqları hər şeydən üstün tutur və nəyi, nə zaman, necə etməyin lazım olduğunu hamıdan yaxşı bilir.
2020-ci il Azərbaycan üçün Zəfər ili oldu. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə qazanaraq tarixi nailiyyətə imza atdı. 30 il ərzində düşmənin nəzarəti altında qalan torpaqların, xüsusilə xalqımızın mədəniyyət beşiyi sayılan Şuşanın azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpası Prezident İlham Əliyevin Zəfər zirvəsidir.
Zəfər gününüz mübarək!
Ofelya xanım Abdullayeva
İmişli rayonu Bəhrəmtəpə qəsəbə tam orta məktəbinin direktoru