Fəxriyyə Xələfova Qazini təbrik etdi
11-noy, 11:44 335 Gündəm / Cəmiyyət / Sosial
8 Noyabr- Zəfər günü münasibəti ilə Panoramic restoranında ziyalı azərbaycanlı xanımların şərəfinə möhtəşəm tədbir keçirildi. Təşkilatçılar sırasında Azərbaycanın bir nömrəli modelyeri Fəxriyyə Xələfova var idi. Tədbirdə Fəxriyyə xanımın əl işlərindən ibarət hazırlanmış stend təşkil edilmişdi. O, Nəsimi rayonu Müharibə veteranı, Qarabağ qazisi Ruxsarə Cumayevanı Zəfər bayramı münasibətilə şəxsən təbrik etdi və öz əl işlərindən birini ona hədiyyə etdi.









