Millimiz ilin ilk oyununa çıxır

millimiz-ilin-ilk-oyununa-cixir
Futbol üzrə Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq. 
“Qafqazinfo” xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi millimiz ölkəmizdə təşkil edilmiş “FIFA Series – 2026” beynəlxalq turnirində qüvvəsini sınayacaq.
Komandamız turnirdəki ilk matçında Sent Lüsiya yığması ilə qarşılaşacaq. Sumqayıtda keçiriləcək görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Giorgi Kruaşvili olacaq.
Qeyd edək ki, bu, millimizin 2026-cı ildə ilk oyunudur. Komandamız martın 30-da Syerra Leone yığması ilə də üz-üzə gələcək.
FIFA Series – 2026 
27 mart 19:00. 
Azərbaycan – Sent Lüsiya 
Baş hakim: Giorgi Kruaşvili