İngiltərə Slovakiyaya, İspaniya Gürcüstana qarşı

Avro-2024-də 1/8 final mərhələsi davam edir.
“Qafqazinfo” xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçiriləcək. Bununla da 1/4 finalın növbəti 2 iştirakçısı müəyyənləşəcək.
Əvvəlcə İngiltərə millisi Slovakiya ilə üz-üzə gələcək. “Veltins Arena”da oynanılacaq görüşü türkiyəli FİFA referisi Halil Umut Meler idarə edəcək. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Digər oyunda İspaniya yığması turnirin debütantı Gürcüstan millisi ilə qarşılaşacaq. “Rayn-Energi” stadionunda keçiriləcək oyunu fransalı referi Fransua Letekse idarə edəcək. Bu görüş isə Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Avro-2024, 1/8 final 
30 iyun
20:00. İngiltərə - Slovakiya
Baş hakim: Halil Umut Meler (Türkiyə)
“Veltins Arena”
23:00. İspaniya - Gürcüstan
Baş hakim: Fransua Letekse (Fransa)
“Rayn-Energi” stadionu.