Azərbaycanlı qapıçı “Barselona”da
11-avq, 12:50 201 İdman
“Barselona” azərbaycanlı qapıçı Eldar Tağızadə ilə müqavilə imzalayıb.“Qafqazinfo” xəbər verir ki, bu haqda Kataloniya komandasının mətbuat xidməti məlumat yayıb.
21 yaşlı qolkiperlə müqavilə 2026-cı ilin yayına kimi nəzərdə tutulub və qapıçı bu klubun B komandasında çıxış edəcək.
Qeyd edək ki, futbolçu ötən mövsüm İspaniyanın “Luqo” klubunda çıxış edib.





