“Qarabağ”ın futbolçusu “Konyaspor”a keçir?
09-sen, 13:20 22 İdman“Qarabağ”ın yarımmüdafiəçisi Hamidu Keytanın klubu tərk etməsi ilə bağlı iddialar yayılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Bildirilib ki, 29 yaşlı futbolçu karyerasını Türkiyə Superliqası təmsilçisi “Konyaspor” klubunda davam etdirəcək.
Onun bu gun axşam Konyada olacağı iddia edilib.
“Konyaspor”un Keytanın transferi üçün təzminat ödəməyəcəyi bildirilib. Belə ki, futbolçu Türkiyə klubuna azad agent kimi keçəcək.
Qeyd edək ki, 2023-cü ilin yayında “Qarabağ”a keçən fransalı futbolçunun Ağdam klubu ilə müqaviləsi 2026-cı ilin iyununda başa çatır.