“Sabah”ın təsnifat mərhələsindəki oyununun vaxtı dəqiqləşdi

“Sabah” basketbol komandasının FIBA Çempionlar Liqasının təsnifat mərhələsindəki oyununun vaxtı dəqiqləşib.
“Qafqazinfo” xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv sentyabrın 17-də meydana çıxacaq.
İsveçin “Norrçepinq Dolfins” klubu ilə 1/4 final matçı Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.
Qarşılaşma Türkiyənin Antalya şəhərindəki “Gloria Sports Arena”da təşkil olunacaq.