“Neftçi” “Zirə”yə uduzdu

neftci-zireye-uduzdu
Bu gün Azərbaycan Premyer Liqasında 6-cı turun son oyunları keçirilir.
“Qafqazinfo” xəbər verir ki, sonuncu oyun günündə əvvəlcə “Zirə” “Neftçi”ni qəbul edib.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
Azərbaycan Premyer Liqası
 6-cı tur
 15 sentyabr

“Zirə” – “Neftçi” 2:0
 Qollar:
Salifu Suma, 1. Rafael Utziq, 60.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Araz-Naxçıvan” “Kəpəz”i (1:0), “Şamaxı” “Sumqayıt”ı (1:0), “Qarabağ” isə “Səbail”i (2:1) məğlub yola salıb.