Nuri Şahindən sürpriz qərar - Ançelottidən cavab gecikmədi
22-okt, 09:26 13 İdman“Borussiya Dortmund”un baş məşqçisi Nuri Şahin Çempionlar Liqasında “Real Madrid” ilə keçiriləcək qarşılaşma öncəsi gözlənilməz qərar qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Türk məşqçi taktiki planlarının aşkarlanmaması üçün komandasının “Santyaqo Bernabeu”da məşq etməsinə icazə verməyib.
Dortmund komandası son məşqini Almaniyada keçirərək daha sonra İspaniyaya yola düşüb. Məlumatda Almaniya klubunun indiyə qədər belə addım atmadığı qeyd olunub.
“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti mətbuat konfrasında bu mövzuda açıqlama verib.
“Dortmund haqqında hər şeyi bilirik. Onları izləməyə ehtiyacımız yoxdur”, - italiyalı mütəxəssis deyib.
Qeyd edək ki, Nuri Şahin 2011-2014-cü illərdə İspaniya nəhənginin formasını geyinib. “Liverpul” və Dortmund “Borussiya”sına icarəyə verilən Şahin “Real”ın heyətində cəmi 10 rəsmi oyuna çıxıb.
“Real Madrid” ilə “Borussiya Dortmund” oktyabrın 22-də “Santyaqo Bernabeu”da qarşılaşacaq.