“Qarabağ” “Araz-Naxçıvan”a, “Neftçi” “Sabah”a qarşı

Bu gün Azərbaycan kubokunda yarımfinalın ilk oyunları keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, hər iki oyun eyni günə təsadüf edəcək.
Əvvəlcə “Araz-Naxçıvan” kubokda ilk dəfə üz-üzə gəldiyi “Qarabağ”ı qəbul edəcək. Digər yarımfinal görüşü isə “Neftçi” ilə “Sabah” arasında baş tutacaq.
Qeyd edək ki, yarımfinalın cavab oyunları aprelin 23-də keçiriləcək.
Azərbaycan kuboku
 Yarımfinal, ilk oyunlar
 2 aprel

17:00. “Araz-Naxçıvan” – “Qarabağ”
19:30. “Neftçi” – “Sabah”