“Neftçi” Emil Balayevlə yeni müqavilə imzaladı
26-iyn, 12:19 118 İdman
“Neftçi” futbolçusu Emil Balayevlə yeni müqavilə bağlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun Mətbuat xidməti məlumat yayıb.
Anlaşmaya görə, təcrübəli qapıçı 2026-cı ilin yayınadək “ağ-qara” formanı geyinəcək.
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan və 2011-2014-cü illərdə də paytaxt təmsilçisinin qapısını qorumuş Balayev 2023-cü ilin yayından yenidən bu komandada oynayır. O, millinin heyətində 14 oyun keçirib.





