Bakıda parkda meyiti tapılan şəxsin kimliyi bilindi
25-apr, 11:59 4 Kriminal
Aprelin 23-ü gecə saat 02 radələrində Nizami rayonu Rüstəm Rüstəmov küçəsindəki parkda meyiti tapılan şəxsin kimliyi məlum olub.
“Qafqazinfo” xəbər verir ki, ölən şəxsin İsmayıllı rayon sakini 1969-cu il təvəllüdlü Qalib Vahidov olması müəyyənləşib.
Onun evsiz olduğu və parkda xəstəlik səbəbindən öldüyü bildirilib.
Faktla bağlı araşdırma aparılır.





