Qubada yüksəklikdən yıxılan şəxs öldü
28-avq, 11:11 4 Kriminal
Qubada ölümlə nəticələnən bədbəxt hadisə baş verib.“Qafqazinfo” xəbər verir ki, dünən saat 11 radələrində 1979-cu il təvəllüdlü Stalov Vahid Seyidbala oğlu rayonun Dağlı kəndində yerləşən fərdi yaşayış evində təmir işləri görərkən yüksəklikdən yerə yıxılıb.
O aldığı xəsarətlər səbəbindən hadisə yerində vəfat edib.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.





