“Azuqə”nin qarşısında ağır qəza, ölən var

Sumqayıtda ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, dünən saat 19:22-də Əliyev Sabir Pərviz oğlu idarə etdiyi avtomobillə Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən “Azuqə” mağazasının qarşısında yolu keçən piyadanı vurub.
Nəticədə, piyada Süleymanov Şamil Süleyman oğlu aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı Sumqayıt ŞPİ-də cinayət işi açılıb, istintaq aparılır.