Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
20-sen, 15:51 35 Gündəm / Sosial
Hörmətli "Qanunyolutv.az" saytının izləyiciləri və oxucuları. 11.09.2026-cı il tarixində Qaradağ rayon Qobustan qəsəbəsində 32 ildən sonra nəşi tapılaraq dəfn olunan qəhrəman, igid, Vətənpərvər oğul Şəhid Abdullayev Cəlal Xankişi oğlunun anım günü rayon rəhbərliyi tərəfindən qeyd edildi.Nəzərinizə çatdırım ki, tədbir şəhidin dəfn olunduğu məzarlıqdan başladı. Tədbirdə ilk öncə ağsaqqalımız Hacı Rza çıxış edərək hər kəsi salamladı və öz ürək sözlərini tədbir iştirakçılarına çatdırdı. Sonra şəhidin ruhuna dualar oxundu, məzarı üstünə gül dəstələri qoyuldu.
Onu da qeyd edim ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Qərbi Azərbaycan İcmasının Qaradağ Rayon təşkilatı sədrinin müavini İbad Mehdiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinin rəisi Samir Qurbanov, Qobustan qəsəbə bələdiyyəsinin sədri Osman Quliyev, Axund Hacı Qafur, şəhidin təhsil aldığı Qaradağ rayon Qobustan qəsəbəsi Şəhid Milli Qəhrəman Azad Rzayev adına 223 nömrəli tam orta məktəbin rəhbərliyi, şəhidin döyüş və sinif yoldaşları, qəsəbə sakinləri və Şəhid sevərlər iştirak edirdilər.

Sonra çıxış üçün söz Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasova verildi. Emil müəllim tədbir iştirakçılarını salamyaraq şəhidin yaxınlarına, əzizlərinə çatdırdı. Şəhidə Allahdan rəhmət, doğmalarına səbr dilədi. O, nitqində Cənab Prezident İlham Əliyevin şəhid, qazi ailələrinə diqqət və qayğısından, Onun daxili və xarici siyasətindən də söz açdı.
Tədbirdə Emil müəllimin şıxışından sonra söz Milli Məclisin deputatı Aydın Hüseynova verildi. Aydın müəllim də hər kəsi salamlayaraq şəhidlərimizin Qarabağ torpaqlarında göstərdikləri qəhrəmanlıqlardan, dövlətimizin hər zaman şəhid, qazi, müharibə veteranlarının yanında olmasından, Cənab Prezidentimizin çıxışlarında məmurların onlara diqqət və qayğı göstərməsindən, eləcədə onları həmişə diqqət mərkəzində saxlamasından söhbət açdı.
Sonra tədbirdə çıxış üçün söz Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri İlqar İlyasova verildi.İlqar müəllim də YAP-ın gördüyü işlərdən, gənclərə dəstək olmağından danışdı və şəhidin yaxınlarına, qohumlarına başsağlığı verib Allahdan səbr dilədi.
Daha sonra tədbirdə iştirak edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinin rəisi Samir Qurbanov, Qobustan qəsəbə bələdiyyəsinin sədri Osman Quliyev, Axund Hacı Qafur, Qərbi Azərbaycan İcmasının Qaradağ Rayon təşkilatı sədrinin müavini İbad Mehdiyev, şəhidin döyüş və sinif yoldaşları, qəsəbə sakinləri çıxış edərək öz ürək sözlərini tədbir iştirakçılarına çatdırdılar.

Çıxışlardan sonra məndə şəhidin sinif yoldaşı kimi, "Qanunyolutv.az"-ın rəhbəri, eləcədə 1-ci Qarabağ müharibəsi veteranı kimi çıxış etdim. Şəhid Cəlal Abdullayevin timsalında bütün şəhidlərimiz haqqında, onların döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan, Cənab Ali Baş Komandan İlham Əliyevin ölkəmizə, Şəhid, qazi ailələrinə, göstərdiyi diqqət və qayğısından, Onun humanistliyindən danışıb öz fikirlərimi tədbir iştirakçılarına, gələn qonaqlara çatdırdım.
Bəli 11.09.2026-cı il tarixində biz 8 "Q" sinfi olaraq yenədə bir araya gəldik. Amma bu görüşümüz tam fərqli oldu. Çünki bu dəfə biz Şəhid sinif yoldaşımız, igid və qəhrəman qardaşımız, torpaqlarımız uğrunda canını, qanını fəda edən Vətənpərvər oğul Cəlal Abdullayevin anım gününə toplaşdıq. Kollektivimizlə onun məzarını sonrada evini ziyarət etdik. Əlbətdəki bu bizim sinif yoldaşı olmağımızdan əlavə bir vətəndaşlıq borcumuzdur.
Tədbir başa çatdıqdan sonra tədbir iştirakçılarına Şəhid üçün təşkil olunan ehsan süfrəsi verildi. Allah qəbul eləsin!
P.S.Sonda məndə "Qanunyolutv.az" saytının rəhbəri olaraq kollektivimiz adından Şəhid qardaşımız Cəlal Abdullayevin yaxınlarına, qohumlarına, əzizlərinə, sinif yoldaşlarına, qardaşı Namiqə, Fikrətə Allahdan səbr, şəhidimizə isə rəhmət diləyirəm. Xüsusilədə tədbiri təşkil edən rayon rəhbərliyinə, eləcədə bu işdə əməyi olan hər kəsə öz təşəkkürümü bildirirəm.

Cəlal qardaşımız və bütün şəhidlərimiz daima qəlbimizdə əbədi olaraq yaşayacaqlar!
Allah cəmi şəhidlərimizə rəhmət eləsin! Şəhidlər unudulmur!
Hörmətlə: Qanunyolutv.az"-ın rəhbəri, AJB-nin üzvü
ARİF SÜLEYMANLI.





