Diyetoloqlar uzunömürlülüyün sirrini açıqlayıblar

“Uzunömürlülüyün sirri düzgün və balanslaşdırılmış pəhrizdədir”.
Bunu Rusiyanın Murmansk vilayətinin diyetoloqları bildiriblər.
Onların fikrincə, az, lakin tez-tez yemək daha yaxşıdır.
“Pəhrizinizə göyərti, giləmeyvə, ət, balıq, qoz-fındıq, yumurta və süd məhsulları daxil edin. Yeməyi qaynatmaq və bişirməklə hazırlamağa çalışın. Gün ərzində dörd-beş dəfə, kiçik porsiyalarla qidalanmaq lazımdır”, - mütəxəssislər izah ediblər.
Onlar şəkərdən, konservləşdirilmiş və ya qızardılmış qidalardan, hisə verilmiş ətlərdən, yağlı ətlərdən, xəmir məhsulları və turşulardan imtina etməyi tövsiyə ediblər. Məsələ burasındadır ki, bu məhsullar tərkibində çox miqdarda duz, şəkər, sürətli karbohidratlar və trans yağlar olduğu üçün orqanizmə çox zərərlidir.
Həkimlər əlavə ediblər ki, kələm, çuğundur, pomidor, portağal, naringi və alma da uzunömürlülük şansını artırır. Pomidorda olan likopen xərçəng riskini azaldır, kələm və almada olan pektin isə sərbəst radikalları aradan qaldıraraq erkən yaşlanmanın qarşısını alır.
Mənbə: Oxu.az