Bu ilin sentyabrı dünyada ikinci ən isti payız ayı oldu

2024-cü ilin sentyabr ayı dünyada ikinci ən isti payız ayı olub.
“Qafqazinfo” xəbər verir ki, bunu Avropanın “Kopernik” İqlim Dəyişikliyi Xidmətinin məlumatları sübut edir.
Bildirilir ki, sentyabrın orta aylıq temperaturu 16,17 dərəcə olub. Ən isti sentyabr isə 2023-cü ildə olub ki, orta temperatur 16,38 dərəcə təşkil edib.
Qeyd edək ki, orta aylıq norma 30 illik (baza) dövr ərzində bir ayın orta temperaturudur. Cari hesablamalar Ümumdünya Meteorologiya Konqresinin tövsiyələrinə əsasən 1991-2020-ci illər üçün məlumatlar əsasında aparılır.