Geri dönüşünü belə elan etdi - Foto

geri-donusunu-bele-elan-etdi
“Kızılcık Şerbeti” serialında “Nursema” obrazını canlandıran Ceren Karakoçun paylaşımı tamaşaçılar arasında maraq yaradıb.
“Qafqazinfo” xəbər verir ki, beşinci mövsümün ilk bölümündə “Nursema”nın məzar daşının göstərilməsindən sonra aktrisanın çəkiliş meydançasına qayıtması obrazın hekayəsinin davam edəcəyinə dair gözləntiləri artırıb.
Serialın ulduzu sosial şəbəkədə paylaşdığı fotoya diqqətçəkən sözlər əlavə edib. Aktrisa “Bəzi hekayələr bitir. Digərləri isə fikirlərini dəyişir” ifadəsi ilə Nursemanın taleyində yeni dönüşün mümkünlüyünə işarə edib.
Karakoç paylaşımında Nursemanın hekayəsinin sadəcə davam etməyəcəyini, sanki yenidən başlayacağını vurğulayıb.
Hələlik Nursemanın hansı bölümdə və hansı süjet xətti ilə ekrana qayıdacağı açıqlanmayıb.