İlyas Salmanın həbsi istənildi

Türkiyəli aktyor İlyas Salmanın həbsi tələb edilib.
“Qafqazinfo” “NTV Türkiyə”yə istinadən xəbər verir ki, o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etməkdə ittiham olunur. 
İstanbul 2-ci Ağır Cəza Məhkəməsində baş tutan iclasda Salmanın 1 il 2 aydan 4 il 8 ayadək həbsi istənilib.
Qeyd edək ki, aktyor “Hababam Sınıfı”, “Çöpçüler Kralı”, “Kibar Feyzo” filmlərindəki rolları ilə yaddaşlarda qalıb.