İlkinlə komandası “Space”dən gedir

İlkinlə komandası “Space”dən gedir


Bir neçə ay bundan əvvəl ATV ilə yollarını ayıran aparıcı və prodüser İlkin Həsəni “Space” TV-dən də gedir.

 Olay verdiyi məlumata görə, onunla birgə komandasının üzvləri, aktyorlar - Nicat Rəhimov və İlkin Misgərli də sözügedən televiziya ilə yollarını ayıracaq. Buna səbəb Həsəninin sahib olduğu “İlk media”ya verilən vədlərin “Space” rəhbərliyi tərəfindən yerinə yetirilməməsidir.

Ona görə də kanalda “Buğlama” komediya serialının yayımı dayandırılacaq. Proqramın bundan sonra Xəzər TV-də yayımlanması üçün danışıqlar aparılıb. Lakin İlkin və silahdaşlarının “Xəzər”ə transferi barədə dəqiq qərar verilməyib.

Qeyd edək ki, bu mövsümün əvvəlində “Buğlama” verilişi ATV-dən rebrendinq olan “Space” TV-yə transfer olmuşdu.