XİN: “Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddialar tamamilə əsassız və absurddur”
30-sen, 11:58 90 Siyasət“Sentyabrın 29-da Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işi üzrə (Ermənistan Azərbaycana qarşı) müvəqqəti tədbirlərin müəyyən edilməsi məqsədilə irəli sürdüyü növbəti iddialar tamamilə əsassız və absurddur”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə deyib.
Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı Ermənistanın iddialardan əl çəkmədiyi, Beynəlxalq Ədalət Məhkəməsinin qeyd edilən iş üzrə əvvəlki qərarını heçə sayaraq azərbaycanlılara qarşı irqi nifrətin qızışdırılması və təşviqinə yönələn bu yeni iddialar tamamilə qəbuledilməzdir:
“Ermənistan BMT Təhlükəsizlik Şurasında olduğu kimi, Beynəlxalq Ədalət Məhkəməsindən də öz məkrli siyasi gündəliyi üçün sui-istifadə edir. Təkcə bu il ərzində Ermənistan bu məhkəməyə artıq üçüncü dəfədir, müraciət edir. Qeyd edək ki, Ermənistanın yanvar ayında verdiyi üç vəsatətdən ikisi rədd edilib, biri məhdud formada təmin edilib, may ayında isə verdiyi vəsatətlər hakimlər tərəfindən iyul ayında yekdilliklə rədd edilib. Azərbaycan tərəfi Ermənistanın bu yeni əsassız iddialarına tutarlı cavablarının əks olunduğu mövqeyini aidiyyəti üzrə məhkəməyə təqdim edəcək”.
Mənbə: Oxu.Az