Hikmət Hacıyev: “Sülh müqaviləsinin bağlanmasında iddialıyıq”
06-noy, 12:52 172 Siyasət"Azərbaycan torpaqları işğal altında idi, Azərbaycan uğurla apardığı hərbi əməliyyatlar nəticəsində Ermənistanı sülhə məcbur etdi, torpaqlarını işğaldan azad etdi".
"Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev VIII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə verməyib: "Lakin Azərbaycan özü təkbaşına Dağlıq Qarabağ münaqişəsini həll etdi. Hazırda Zəngəzur dəhlizinin açılması ilə bağlı danışırıq. Azərbaycan sülh müqaviləsinin bağlanması ilə bağlı təkliflər irəli sürüb. Biz sülh müqaviləsinin bağlanmasında iddialıyıq".