Banqladeş parlamenti buraxıldı - Yenilənib

Banqladeş parlamenti buraxılıb.
Bu barədə “Qafqazinfo” “Republic” telekanalına istinadən xəbər verir.
***
Banqladeş prezidenti Şahabuddin Çuppu Baş nazir Şeyx Hasinanın istefasından sonra müvəqqəti hökumətin formalaşdırılması üçün parlamenti buraxıb. 
TASS-ın məlumatına görə, müvafiq qərar dövlət başçısı Administrasiyasının yaydığı press-relizdə yer alıb.
“Prezidentin Silahlı Qüvvələrin üç qolunun rəhbərləri, müxtəlif siyasi partiyaların liderləri, vətəndaş cəmiyyətinin nümayəndələri və “Tələbələr ayrı-seçkiliyə qarşı” hərəkatının liderləri ilə görüşünün yekunlarına dair qərar əsasında milli parlament buraxılıb”, - press-relizdə deyilir.
Xatırladaq ki, avqustun 5-də Banqladeşin Baş naziri Şeyx Hasina etirazlar fonunda istefa verib. O, ölkəni tərk edərək Hindistana qaçıb.