Qara Abdullayev: Regionda sülhü bərpa etmək məqsədilə Azərbaycan və Rusiya arasında fəal dialoqlar öz səmərəsini verir


Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis mayoru Qara Abdullayev - Uzun illərdir ki, Azərbaycan və Rusiya arasında iqtisadi, mədəni əlaqələr mövcud olmuşdur və bu gün də bu əlaqələr inkişaf etməkdədir. Hal-hazırda 15 mindən çox azərbaycanlı tələbə Rusiyanın ali məktəblərində təhsil alır. Bu əlaqə 2 xalq arasında gözəl münasibətlərin, elmi-mədəni əlaqələrin mövcudluğundan xəbər verir. Hal-hazırda ikitərəfli münasibətlər sürətlə inkişaf edir, əmtəə dövriyyəsi artır. Bir sözlə münasibətlər çox sahələri əhatə edir. Məhz buna görə də hər iki dövlət arasında iqtisadiyyatın, nəqliyyatın əksər sahələrinə, humanitar əməkdaşlığa aid 7 yol xəritəsi reallaşmışdır.

Bu gün Qarabağda sülhün əldə olunmasında, Azərbaycan və Ermənistanın arasında müharibənin dayandırılmasında və hər iki dövlət arasında sülhün etibarlı zəminin yaranmasında Rusiyanın rolu əvəzsizdir. Sülhməramlının regionda yerləşməsi və onların fəaliyyətə başlaması ilə əlaqədar ciddi hadisələr olmayıb, Qarabağda sülhün saxlanılması üçün Rusiya sülhməramlılarının rolu yüksəkdir.

Bu gün Ermənistan tərəfə açıq təklif olunub ki, qarşıdurmaya son qoyulsun, bir-birimizin ərazi bütövlüyü, suverenliyi tanınsın və gələcəkdə qonşular kimi yaşamaqla, yenidən qonşular kimi təşviş etmək üçün sülh müqaviləsi üzərində işə başlanılsın.

Bu gün 26 noyabr 2021-ci il tarixli Bəyanat Azərbaycan Ermənistan arasında mövcud münasibətlərin müsbət həllinə yönəldilmiş böyük bir addımdır. Belə ki, ən böyük uğur Bəyanatda Qarabağ ifadəsinin olmasıdır. Burada əsir və girovlardan danışılmır. Çünki Azərbaycanda həbs olunan ermənilər müharibədən sonra fəaliyyət göstərən silahlı qüvvələr olmuşdur. Avtomobil və dəmir yollarının açılması üçün layihələrin qəbulu üçün qərarlar irəli sürülür. Ən böyük uğur isə heç bir şərt qoymadan Azərbaycan Prezidentinin mövqeyinin sənəddə öz əksini tapmasıdır. Bəyanatda Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demorkasiyası üzrə üçtərəfli komissiyanın yaradılması şərtlənib. İnanırıq ki, xoşməramlılar üzərində qurulan Azərbaycan və Rusiya münasibətləri 26 noyabr Bəyanatının icrasına öz müsbət təsirini verəcəkdir.