İki yaşlı uşaq hovuzda boğulub öldü
30-avq, 14:31 16 Sosial
Sabirabad rayonunda iki yaşlı uşaq hovuzda boğularaq ölüb.
“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Suqovuşan kəndində qeydə alınıb.
Kənd sakini, 2024-cü il təvəllüdlü E. Q. valideyn nəzarətindən yayınaraq həyətdəki hovuza düşüb. Nəticədə o boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.





