Yeniyetmələr qəzaya düşdü - Yaralılar var
22-noy, 14:13 7 Cəmiyyət
Gəncədə yol qəzası olub.“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.
İlkin məlumata görə, “Mercedes” və “Ford Transit” markalı avtomobillər toqquşması nəticəsində 2010-cu il təvəllüdlü G.M., 2012-ci il təvəllüdlü M.Ə. və daha bir nəfər xəsarət alıb.
Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib, onların vəziyyəti kafidir.
Faktla bağlı araşdırma başlanılıb.
Yunis Quliyev





