“Azərişıq”dan leysan səbəbindən işıqsız qalan kəndlə bağlı AÇIQLAMA

Qusarda kəndin bir hissəsi işıqsız qalıb. 
Bu barədə Oxu.Az-a rayonun Aşağı Ləgər kənd sakinləri məlumat veriblər. Kənd sakinlərinin sözlərinə görə, gecə saatlarından elektrik enerjisinin verilişi dayandırılıb.
“Azərişıq” ASC-dən Oxu.Az-a verilən məlumata görə, leysan yağışları ilə əlaqədar sel suları kəndin bir hissəsini elektrik enerjisi ilə təmin edən xətlərə ziyan vurub:
“Hazırda qurumun qəza xidmətinin əməkdaşları yaranan problemin aradan qaldırılması istiqamətində tədbirlər görür. Yaxın 30 dəqiqə ərzində kənd tam şəkildə elektrik enerjisi ilə təmin olunacaq”.