Sabunçu rayonunda avtomobillər toqquşub: Yaralanan var

Bakının Sabunçu rayonunda 67 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.
“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1956-cı il təvəllüdlü Arif Kərim oğlu Osmanov ağır xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.