Samuxda piyadanın ölümü ilə nəticələnən qəza olub

Samuxda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, Samux rayonu Qarabağlar kənd sakini, 1959-cu il təvəllüdlü Süleyman Muradov idarə etdiyi VAZ-2106 markalı avtomobillə Samux şəhərində piyada, 1961-ci il təvəllüdlü İsmayıl Abdiyevi vurub.
Yaralı aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb və hazırda istintaq aparılır.