Bakıda piyadanı avtomobil vurub
12-may, 12:24 228 Cəmiyyət
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.APA xəbər verir ki, qəza metronun “Gənclik” stansiyasının yaxınlığında qeydə alınıb.
Minik avtomobili yolu keçməkdə olan piyada Əziz Quliyevi vurub.
Yaralı xəstəxanaya yerləşdirilib.
Hazırda vəziyyəti ağır qiymətləndirilir.





