Rusiyanın Azərbaycanda Baş konsulluğu açılacaq?
19-avq, 11:43 42 Cəmiyyət“Azərbaycanda Rusiyanın Baş konsulluğu açıla bilər, hazırda bu məsələ müzakirə mərhələsindədir”.
“Qafqazinfo” xəbər verir ki, bunu diplomatik fəaliyyətini başa vuran Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu TASS-a müsahibəsində danışıb.
Jurnalistin “Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin rəhbəri Qriqoriy Karasin daha əvvəl bildirib ki, tezliklə Rusiyanın Xankəndidə Baş konsulluğunun açılmasına hazırlıq işləri başlayacaq. Qarabağda Rusiyanın Baş Konsulluğunun nə vaxt açılacağına dair məlumat varmı?” sualına cavab verən diplomat qeyd edib:
“Rusiya Federasiyası konsulluğun açılması arzusunu dilə gətirib, çünki bizim Rusiyada iki - Yekaterinburq və Sankt-Peterburqda Baş konsulluğumuz var. Rusiyanın ölçülərini və sizin ölkədə yaşayan azərbaycanlıların sayını nəzərə alsaq, bu təbiidir. Lakin Azərbaycanda isə konsulluqların fəaliyyəti üçün sahə daha məhduddur. Bununla belə, bu istiqamətdə iş aparılır, müxtəlif variantlar təklif edilir. Bu məsələ müzakirə mərhələsindədir”.