Rusiyanın dondurulmuş aktivlərinin həcmi məlum oldu
10-mar, 08:49 4 Dünya
Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
“Maliyyə, ədliyyə, daxili işlər və ticarət nazirləri, eləcə də Avropa komissarları tərəfindən REPO İşçi Qrupunun yaradıldığı bir il ərzində onun üzvləri rusiyalıların 58 milyard dollardan çox sanksiya qoyulmuş aktivlərini bloklayıb və ya dondurublar”, - məlumatda deyilir.
Nazirlik həmçinin, sanksiyalardan yayınmağa çalışan rusiyalıların ABŞ-də daşınmaz əmlaka investisiya yatırdıqlarını bildirib və bu sahəyə ciddi nəzarət etməyə çağırıb.
Mənbə: Oxu.Az