Gürcüstan əhalisinin 90%-i Aİ üzvlüyünü dəstəkləyir
26-apr, 08:21 132 DünyaBeynəlxalq Respublikaçılar İnstitutu (IRI) tərəfindən aparılan ictimai rəy sorğusunun nəticələrinə görə, Gürcüstanın Avropa İttifaqına daxil olmasına dəstək 89%-ə yüksəlib.
Rəyi soruşulanların 75%-i Gürcüstanın Avropaya inteqrasiyasını tam, 14%-i isə qismən dəstəklədiyini bildirib.
IRI qeyd edib ki, ötən ilin payızında keçirilən əvvəlki sorğu ilə müqayisədə Aİ-yə üzvlük üçün dəstək 4% artaraq tarixi maksimuma çatıb.
“Gürcüstan vətəndaşlarının Avropa İttifaqına üzv olmaq və Qərbin demokratik institutlarına inteqrasiyanı davam etdirmək istəyi aydın və birmənalı şəkildədir”, - İnstitutun Avrasiya Bürosunun direktoru Stiven Niks bildirib.
Respondentlərin üçdə biri (34%) “siyasi qeyri-sabitliyi” Aİ-yə inteqrasiya yolunda əsas maneə hesab edir, 17%-i isə Aİ-nin tövsiyələrinin yerinə yetirilməməsini birliyə üzv olmaq üçün başlıca əngəl kimi görür.
Respondentlərin 65%-i Gürcüstanın NATO-ya daxil olmasının tərəfdarıdır, 9% isə qəti şəkildə əleyhinədir.
Sorğu 2023-cü il martın 4-dən 23-dək 1500 nəfər arasında aparılıb.
Mənbə: Oxu.Az