İtaliya Çinin “Bir kəmər, bir yol” təşəbbüsündən çıxır
10-may, 08:31 132 Dünyaİtaliyanın baş naziri Corc Meloni ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti ilə görüş zamanı ölkəsinin Vaşinqtonun təzyiqi ilə Çinin “Bir kəmər, bir yol” layihəsindən çıxmaq niyyəti barədə danışıb.
İclasda iştirak edən mənbələrə istinadən verilən məlumata görə, Meloni keçən həftə Romada keçirilən görüşdə Makkartini əmin edib ki, onun hökuməti hazırda yekun qərarın olmamasına baxmayaraq, Çinin irimiqyaslı təşəbbüsündən çıxmağın tərəfdarıdır.
Adının açıqlanmasını istəməyən insanların fikrincə, Vaşinqton Romaya təzyiq edib ki, İtaliya rəhbərliyi Çin təşəbbüsündən geri çəkilmək üçün qəti mövqe tutsun. Bildirilir ki, hazırda Meloninin məsləhətçiləri hələ də qərarın “təfərrüatları və vaxtı”nı müzakirə edirlər. Eyni zamanda, İtaliya rəhbərliyi Çinin mümkün cavab tədbirlərindən narahatdır.
Xatırladaq ki, “Bir kəmər - bir yol” Çinin Mərkəzi Asiya, Avropa və Afrikanın 60-dan çox ölkəsini birləşdirən mövcud ticarət və nəqliyyat dəhlizlərinin təkmilləşdirilməsi, yeni ticarət və nəqliyyat dəhlizlərinin yaradılması üzrə beynəlxalq təşəbbüsüdür. Layihə həmin ölkələrlə Çin arasında ticarət əlaqələrinin inkişafına kömək etmək məqsədi daşıyır.
Mənbə: Oxu.Az