Böyük Britaniya mütəxəssisləri bu yay ukraynalı pilotların təliminə başlayacaqlar

Bu yay Böyük Britaniya F-16 təyyarələrinə keçid üçün xüsusi proqram çərçivəsində ukraynalı pilotların təliminə başlayacaq.
Bu barədə Böyük Britaniya hökumətinin mayın 15-də verdiyi bəyanatda deyilir.
“Bu yay biz ukraynalı pilotlar qrupunun baza təlimi üçün ilkin uçuş mərhələsinə başlayacağıq”, - deyə hökumətin bəyanatında deyilir.
Xatırladaq ki, Baş nazir Rişi Sunak hələ fevral ayında Britaniyanın yeni Hərbi Hava Qüvvələri yaratmaq yolunda Ukraynanın səylərini dəstəkləmək üçün yerli pilotlara NATO standartlarına uyğun F-16 təyyarələri ilə yeni təlim proqramı hazırlayacağını bəyan edib.
Mənbə: Oxu.Az