Xaricdə yaşayan 700 minə yaxın Türkiyə vətəndaşı prezident seçkilərinin ikinci turunda səs verib
22-may, 08:00 121 DünyaXaricdə yaşayan 683 mindən çox Türkiyə vətəndaşı prezident seçkilərinin ikinci turunun ilk günündə səs verib.
Bu barədə bazar günü ölkənin Ali Seçki Şurası (YSK) məlumat yayıb.
Məlumata görə, sərhəd-keçid məntəqələrində səs verən 34 min nəfərlə birlikdə 2014-cü ildən başlayaraq xaricdəki seçki məntəqələri üzrə səsvermədə iştirak rekordu qırılıb.
Ümumilikdə, mayın 21-i günorta saatlarınadək YSK 717 min seçicini qeydə alıb.
Qeyd edək ki, şənbə günü səhərindən etibarən 73 ölkədə 156 seçki məntəqəsi açılıb. Respublikadan kənarda 3400-dən çox seçki qutusu quraşdırılıb. Seçkilərdə 3,6 milyon vətəndaş iştirak edə biləcək. Xaricdə səsvermə prosesi mayın 24-dək davam edəcək.
Mənbə: Oxu.Az