Almaniyada dövlət çevrilişi cəhdi ilə bağlı saxlanılan şəxs Rusiya konsulu ilə əlaqədə şübhəli bilindi
24-may, 08:12 137 DünyaAlmaniya polisi dövlət çevrilişi təşkil etməkdə şübhəli bilinən üç nəfəri saxlayıb.
Bu barədə Almaniya Baş Prokurorluğundan məlumat verilib.
Hüquq-mühafizə orqanları əməkdaşlarının sözlərinə görə, saxlanılanlardan biri “Reichsburger” təşkilatının idarə heyətinin tərkibində olub. Bu təşkilat isə Almaniyada monarxiya rejiminin bərpası üçün dövlət çevrilişi hazırlayır.
Saxlanılan şəxs, həmçinin Rusiyanın Almaniyadakı baş konsulu ilə əlaqədə olmaqda, eləcə də “Reichsburger”i 140 min avrodan çox məbləğdə maliyyələşdirməkdə şübhəli bilinir.
Mənbə: Oxu.Az