Kanadanın baş naziri Hindistanı beynəlxalq hüququ pozmaqda ittiham edib
21-okt, 10:54 93 DünyaHindistan hökumətinin 41 kanadalı diplomatın gələcəkdə ölkədə qalması ilə bağlı hərəkətləri Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının pozulmasıdır.
Bu barədə jurnalistlərə Kanadanın baş naziri Castin Trüdo bildirib.
“Hindistan hökumətinin bu həftə atdığı addımlar beynəlxalq hüquqa ziddir. Bu, Vyana Konvensiyasının pozulmasıdır”, - deyə o, vurğulayıb.
Trüdo belə bir qərarın diplomatik sülh üçün gələcəkdə başqa nəticələrə gətirib çıxara biləcəyini qeyd edib.
Baş nazir həmçinin qeyd edib ki, Yeni Dehlinin hərəkətləri Hindistan və Kanadada milyonlarla insan üçün həyatı inanılmaz dərəcədə çətinləşdirəcək.
Mənbə: Oxu.Az