Rusiyada “Meta”nın mətbuat katibi qiyabi həbs edildi
28-noy, 10:25 102 DünyaMoskvanın Basmannı məhkəməsi “Meta” korporasiyasının mətbuat katibi Endi Stounu terrorizmi təbliğ etməkdə ittiham edərək qiyabi həbs edib.
Bu barədə məhkəmədən məlumat verilib.
“Stoun Endi Mark terrorizmi təbliğ etmək ittihamı ilə məhkəmə tərəfindən qiyabi həbs edilib”, - deyə məhkəmədən bildirilib.
İş materiallarına görə, həbs qətimkan tədbirinin seçilməsi noyabrın 24-də baş tutub, qərardan artıq apellyasiya instansiyasına şikayət verilib.
Xatırladaq ki, ötən ilin martında Rusiya İstintaq Komitəsi “Meta” əməkdaşlarının hərəkətləri əsasında rusiyalılara qarşı zorakılıq və qətlə çağırışlarla bağlı cinayət işi açıb.
Mənbə: Oxu.az