Harris “Fox News”dakı debatdan imtina etdi
20-avq, 11:29 55 DünyaDemokratlar partiyasından prezidentliyə namizəd Kamala Harris sentyabrın 4-ü “Fox News” telekanalının təşkilatçılığı ilə debat keçirməkdən imtina edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Respublikaçılar partiyasından namizəd Donald Tramp “Truth Social” sosial şəbəkəsində paylaşıb.
“Kamala Harris indicə bizi “Fox News” platformasında debatlarda iştirak etməyəcəyi ilə bağlı məlumatlandırdı”, - deyə Tramp qeyd edib.
O, bunun əvəzində həmin tarixdə “Fox News” telekanalında seçicilərin suallarını cavablandıracağını söyləyib.
Qeyd edək ki, D.Tramp K.Harrislə üç raund debat keçirmək niyyətində olduğunu açıqlayıb. Onun təklifinə əsasən, birinci raund sentyabrın 4-də “Fox News” telekanalında, ikincisi sentyabrın 10-u “ABC” telekanalında, üçüncüsü isə “NBC” telekanalında baş tutmalı idi. Harris hələ ki sentyabrın 10-da keçirilməsi planlaşdırılan debata razılıq verib.