Türkiyədə PKK ilə əlaqəli məmur həbs edildi
31-okt, 09:30 27 DünyaPKK/KCK terror təşkilatı ilə əlaqədə olmaq şübhəsi ilə saxlanılan İstanbulun Esenyurt Bələdiyyəsinin sədri Ahmet Özer həbs edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bildirilib ki, prokurorluqdakı ifadəsinin ardından “PKK/KCK silahlı terror təşkilatı üzvü olmaq” ittihamı ilə məhkəməyə çıxarılan Özerin həbsinə qərar verilib.
Məlumata görə, Ahmet Özerin 10 il ərzində PKK üzvləri ilə əlaqəsi olduğu aşkarlanıb. Onun 694 dəfə PKK terrorçuları ilə görüşdüyü, 14 dəfə terror təşkilatının liderlərindən olan Remzi Kartal adlı şəxslə əlaqə saxladığı müəyyən edilib.
Xatırladaq ki, o, 31 mart 2024-cü ildə Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkilərdə müxalif Cümhuriyyət Xalq Partiyasından Esenyurt üzrə bələdiyyə sədrliyinə namizəd olaraq irəli sürülüb və səs çoxluğu ilə qalib gəlib.