Rusiyadan Almaniyaya cavab gecikmədi
28-noy, 08:49 15 DünyaAlmaniya hökuməti Rusiyanın “Birinci Kanal”ının Berlin ofisini bağlamaq qərarı verib. Rusiya isə cavab olaraq Almaniyanın ARD media qrupunun iki jurnalistini ölkədən çıxarır.
“Qafqazinfo” “İzvestiya”ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Almaniya hakimiyyətinin “Birinci Kanal” müxbirlərinə ölkədə işləmək qadağası tətbiq etməsinə cavab olaraq, ARD media qrupunun Moskva bürosunun jurnalistlərinə qarşı eyni cavab tədbirləri görməyə məcburuq. Cavab tədbirində onlara akkreditasiya vəsiqələrini təhvil vermək və Rusiya Federasiyasının ərazisini tərk etmək tələb olunub” - deyə o qeyd edib.
M. Zaxarova əlavə edib ki, Almaniya rusiyalı jurnalistlərin işləməsi üçün şərait yaratdıqdan və “Birinci Kanal”ın Almaniya bürosu Berlində işi bərpa etdikdən sonra Moskva ARD-nin yeni əməkdaşlarının akkreditasiya imkanlarını nəzərdən keçirəcək.
Qeyd edək ki, “Birinci Kanal”ın Berlin ofisindəki reportyoru və operatoru bu ilin dekabrın ortalarına kimi Almaniyanı tərk etməlidir.