Orban Moskvadakı parada qatılmayacaq
29-noy, 08:34 14 DünyaMacarıstanın Baş naziri Viktor Orban 2025-ci il mayın 9-da Moskvada keçiriləcək faşizm üzərində qələbənin 80-ci ildönümünə həsr olunmuş təntənəli tədbirlərdə iştirak etməyəcək.
“Qafqazinfo” xəbər verir ki, bunu Macarıstanın Baş Naziri Administrasiyasının rəhbəri Qergeli Qulyas deyib.
Siyasətçinin sözlərinə görə, qərar Macarıstan üçün İkinci Dünya Müharibəsinin başa çatmasının tarixi əhəmiyyəti ilə izah olunur.