“Vahid Milli Hərəkat” gürcülərin arzusunu üstələyə biləcəkmi? - “Kaspi”nin TƏHLİLİ
04-fev, 14:41 210 GündəmGürcüstanda müxalif “Vahid Milli Hərəkat”a yeni sədr seçilib. Mixail Saakaşvilinin yaxın adamı olan Levan Xabeişvili təşkilatın yeni lideri olub. O bəyan edib ki, əsas prioritetləri ölkəni Rusiya orbitindən çıxarmaq və hazırda həbsdə olan eks-prezident Mixail Saakaşvilini azad etmək olacaq.
Gürcüstanın siyasi rəhbərliyi Ukrayna ilə Rusiya arasında yaşanan müharibədə bitərəf qalmaqla Moskva ilə münasibətlərində normallaşma yaratsa da, Qərb ölkələri ilə bağlı fərqli vəziyyət hökm sürür. Sanki Gürcüstan Avropanın yadından çıxıb. Vaxtilə Qərbin adamı kimi xarakterizə edilən Mixail Saakaşvili xeyli müddətdir ki, həbsə atılıb. Müxalifət dağınıq və parçalanmış vəziyyətə salınıb. Hakim “Gürcü Arzusu”nu 10 ildən artıqdır üstələyə bilməyən “Vahid Milli Hərəkat” ciddi sınaqlarla üz-üzə qalıb. Belə bir şəraitdə əsas müxalifət partiyasında yeni sədr seçkiləri keçirilib. Dörd namizədin mübarizə apardığı seçkilərdə Levan Xabeişvili qalib olub. O, 53 səs toplayaraq “Vahid Milli Hərəkat” Partiyasının sədri seçilib.
Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik:
Liderlik uğrunda 4 namizəd mübarizə aparıb Qeyd etdiyimiz kimi, müxalifət partiyasının yeni lideri postu uğrunda dörd namizəd mübarizə aparıb. Onların ən məşhurları partiyanın hazırkı liderlərindən biri olan Nika Melia və eks-prezident Mixail Saakaşviliyə yaxın olan Levan Xabeişvili olublar. Qeyd edək ki, “Milli Hərəkat” uzun müddətdir dərin böhran içindədir. 2012-ci ildə “Gürcü arzusu”na məğlubiyyətdən sonra “Milli Hərəkat”ın dağılacağı və unudulacağı proqnozlaşdırılsa da, bu, baş verməyib. “Milli Hərəkat” yoxa çıxmayıb, əksinə, aparıcı müxalifət qüvvəsi kimi formalaşıb. Lakin xarici nisbi firavanlıqla daxildəki ciddi ziddiyyətlər onu daxildən korroziyaya uğradıb. Nəticədə Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Qiqa Bokeriya, siyasi katib Zurab Cavaxişvili, Levan Vaşadze kimi tanınmış simalar onun sıralarını tərk ediblər. Keçmiş hakim partiyanın dərdləri bununla bitməyib. Mixail Saakaşvili Ukraynadan Gürcüstana qayıtdıqdan və həbs edildikdən sonra böhran kulminasiya nöqtəsinə çatıb. “Milli Hərəkat” öz liderinin taleyinin dəyişməsinə də nail ola bilməyib. Daxildə M.Saakaşvilinin həbsinə fərqli münasibət üzə çıxıb. Partiyadaxili mənbələr deyirlər ki, ziddiyyətləri gizlətmək qeyri-mümkün olub və yeni liderinin seçilməsi təşkilatı xilas etməyin yeganə yolu kimi görülüb. Yeni sədrə uduzan Nika Melianın da mövqeyi maraqlıdır. O, seçkilərdə məğlub olduqdan sonra deyib ki, Saakaşvili Rusiya rejiminin məhbusu olduğu müddətdə partiyada qalacaq. Melianı səsvermə hüququ olanların 40 faizi dəstəkləyib.
Yeni lider iddialı bəyanatlar verməkdədir
Müxalif hərəkatın vahid lideri də iddialı bəyanatlar verməkdədir. “Biz qələbəni bayram etmək fikrində deyilik. Bu gündən ölkəmizi sülhə aparacaq proses başlayır”, - deyə Levan Xabeişvili bəyan edib. Yeni lider “Milli Hərəkat”ın çətin, lakin davamlı mübarizəyə başladığını və partiyanın bütün yeni insanlar üçün açıq olacağını vurğulayıb. “Bizim partiya bu seçkilərlə sübut etdi ki, onu məğlub etmək, döyüş meydanından çıxarmaq mümkün deyil. “Milli Hərəkat” bu seçkilərlə sübut etdi ki, sıradan bir partiya deyil, ölkəmizin qələbəsinə həsrət qalan yorulmaz insanların böyük birliyidir. Demokratiya bizim üçün sadəcə bir söz deyil. “Milli Hərəkat” Gürcüstanda yeganə partiyadır ki, Qərb dəyərlərinə sadiqliyini əməli ilə nümayiş etdirir və bu seçkilər də bunun parlaq və birbaşa təzahürüdür”, - deyə L.Xabeişvili əlavə edib. Onun sözlərinə görə, rus oliqarx rejimi üzərində qələbə uğrunda çətin, lakin davamlı mübarizəyə başlayıblar: “Aydındır ki, ilk qərarlar Saakaşvilinin azadlığı uğrunda mübarizə ilə bağlı olacaq. Mişa, mən sənə söz vermək istəyirəm ki, sənin azadlığın təmin olunmayana qədər biz dayanmayacağıq”.
L.Xabeişvili mesajının sonunda qeyd edib ki, Bidzina İvanişvili və onun kuklalarının üzərinə buludlar yığılır. Yaxın vaxtlarda gürcü xalqı qəzəbini nümayiş etdirəcək.
Amma seçkilərin nəticələrindən narazı olanlar da var. Məsələn, “Vahid Milli Hərəkat”ın üzvü Nuqzar Tsiklauri bildirib ki, yeni sədr seçkisi ilə partiya geri addım atıb. “Bu qərar o deməkdir ki, pul və qeyri-rəsmi təsirlər siyasət və siyasi ideallar üzərində qələbə çalıb”, - deyə o bildirib. Amma əlavə edib ki, buna baxmayaraq, M.Saakaşvili həbsdə olduğu müddətdə partiyanın üzvü olaraq qalacaq.
Yeni lider gürcü müxalifətini xilas edə biləcəkmi?
Gürcü politoloq Giya Nodia ölkədə müxalifəti çətin sınaqların gözlədiyini bildirib. O hesab edir ki, müxalifət xalqı inandırmalıdır ki, hazırkı hökumət dayanıqlı deyil. İkincisi, müxalifət birləşməlidir. Üçüncüsü isə, müxalifət rejimi dəyişdirmək üçün xalq kütlələrini küçələrə çıxarmalıdır.
Xatırladaq ki, bir ildən sonra Gürcüstanda növbəti parlament seçkiləri keçiriləcək. Müxalifət qarşısında çətin vəzifə durur - təsisçisi və qeyri-rəsmi lideri ölkənin ən varlı adamı Bidzina İvanişvili olan “Gürcü Arzusu” partiyasını hakimiyyətdən uzaqlaşdırmaq. Amma bu, o qədər də asan olmayacaq.